26 cinayətin üstü “isti izlər”lə açılıb

26 cinayətin üstü “isti izlər”lə açılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 26 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 1 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 33 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 18 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə