Bakıda yeniyetməni avtomobillə vuran sürücü saxlanıldı

Bakıda yeniyetməni avtomobillə vuran sürücü saxlanıldı

Binəqədi rayonunun M.K.Atatürk prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 21-də saat 12 radələrində Binəqədi rayonunun M.K.Atatürk prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini, 12 yaşlı S.Butayevin vurulması barədə 5-ci Polis Bölməsinə məlumat daxil olub.

Uşağa xəstəxanada ilkin tibbi yardım göstərilib.

5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində piyadanın xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Nissan” markalı avtomobili idarə edən Bakı şəhər sakini E.Fərzalıyev müəyyən edilərək saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə