Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 21-də saat 23 radələrində Sumqayıt şəhəri 18-ci mikrorayonun ərazisində şəhər sakini F.Aslanov idarə etdiyi “Opel ” markalı avtomobillə yolu keçən şəhər sakini Ruslan Adilovu vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada iyulun 22-də orada ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB