Bakıda avtobus mopedlə toqquşdu, ölən var

Bakıda avtobus mopedlə toqquşdu, ölən var

Paytaxtın Nizami rayonu Q.Qarayev prospektində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 22-də saat 17 radələrində paytaxtın Nizami rayonu Q.Qarayev prospektində Bakı şəhər sakini S.Hacıyevin idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə paytaxt sakini Taleh Dadaşovun idarə etdiyi moped toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş T.Dadaşov orada ölüb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə