Bakıda yanacaqdoldurma məntəqəsinə basqın etməyə hazırlaşan dəstə yaxalanıb
Bakıda yanacaqdoldurma məntəqəsinə basqın etməyə hazırlaşan 5 nəfərdən ibarət dəstə zərərsizləşdirilib. SİA-nın xəbərinə görə, onlar Hacıqabul rayon sakinləri Vüqar və Kamal Əliyev qardaşları, paytaxt sakini Qulu Baxşıyev, Gəncə şəhər sakinləri Mehdi Fətullayev və Emin Rəhimovdur.
Dəstə üzvləri 30 aprel 2011-ci il tarixində səhər saat 6 radələrində Binəqədi şossesində yerləşən yanacaqdoldurma məntəqəsinə quldurluğa hazırlıqda şübhəli bilinirək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onlardan cinayətdə istifadə oluna biləcək 1 ədəd alışqan tapança və digər əşyalar aşkar edilərək götürülüb. Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB