Gədəbəy rayon sakini tanışı tərəfindən bıçaqlanıb

Gədəbəy rayon sakini tanışı tərəfindən bıçaqlanıb

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi baş verib.

SİA xəbər verir ki, hadisə rayonun İnəkboğan kəndində qeydə alınıb.

Kənd sakini Hüseynov Güloğlan İlham oğlu qarnının kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya yerləşdirilib və cərrahi əməliyyat olunub. Hazırda vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, G.Hüseynov tanıdığı şəxslə münaqişə zamanı bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə