Sumqayıt şəhəri Sülh küçəsində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 16-da saat 8 radələrində Sumqayıt şəhəri Sülh küçəsində şəhər sakini R.Afdanov idarə etdiyi "Hyundai" markalı avtobusla yolun kənarı ilə velosiped sürən Abşeron rayon sakini Ərəstun Tahirovu vurub. Nəticədə velosipedçi aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB