Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 16-da saat 23 radələrində Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində Hökməli qəsəbə sakini K.İbadovun idarə etdiyi "VAZ-21099" və Bakı şəhər sakini Elxan Sadıqovun idarə etdiyi "VAZ-21074" markalı avtomobillər toqquşub. Nəticədə E.Sadıqov və K.İbadovun sərnişini - anası Şahzadə hadisə yerində ölmüş, E.Sadıqovun 4 sərnişini, habelə digər sürücü xəstəxanaya yerləşdiriliblər.
Abşeron RPİ tərəfindən araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB