Xaçmazda yanğın

Xaçmaz rayonunun Aşağı Ləgər qəsəbəsində ümumi sahəsi 20 m2 olan talvarın yanar konstruksiyaları 5 m2 sahədə və altına yığılan 2 ton ot bağlamasının 1 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, talvarın, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə