İmişlidə tonlarla ot bağlaması yandı

İmişlidə tonlarla ot bağlaması yandı

İmişli rayonunun Boşçalılar kəndində ferma ərazisində ümumi sahəsi 500 m2 olan talvarın yanar konstruksiyaları və altına yığılan 30 ton ot bağlamasının 12 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə