Samuxda fermada yanğın olub, 1 nəfər xəsarət alıb

Samux rayonunun Sarıqamış kəndində ferma ərazisinə yığılan 4278 ton ot bağlamasının 2278 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, yanğın zamanı 1 nəfər xəsarət alıb. Ot bağlamalarının qalan hissəsi və yaxınlıqda yığılan digər ot bağlamaları yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...