Göyçay rayon sakini sirkə turşusu içərək intihar edib. Bu barədə Göyçay rayon prokurorun köməkçisi Qalib Səfərov məlumat verib. ANS PRESS-in verdiyi xəbərə görə, Şəhər sakini 42 yaşlı Əli Nurəddin oğlu Həsənov dünən günorta saatlarında atasının məzarı önündə sirkə turşusu içib. O, Göyçay rayon xəstəxanasına aparılsa da vəziyyəti ağır olduğundan Bakıya - Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib.
Şöbənin baş həkimi Azər Maqsudovun bildirdiyinə görə, xəstə daxil olarkən vəziyyəti ağır olub. Mədə-bağırsaq qanaxması və şok vəziyyətdə olan Həsənov həkimlərin bütün müdaxiləsinə baxmayaraq səhər saat 06.30 radələrində ölüb.
Avtomobil ehtiyatı hissələrinin satışı ilə məşğul olduğu bildirilən Həsənovun intihar səbəbi rayon Prokurorluğu tərəfindən araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB