Bakıda itkin düşən qız Türkiyədə tapıldı

Bakıda itkin düşən qadın tapılıb. SİA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib. Qəsəbə sakini, 1993-cü il təvəllüdlü Salatın Qaryağdılı iyunun 10-da evdən çıxıb və bir daha geri qayıtmayib.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki, qadın iyulun 10-da Türkiyəyə gedib.

Bütün xəbərlər Facebook səhifəmizdə