Bu gün günorta saatlarında Şirvan şəhərində yol nəqliyyat hadisəsi baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, Şirvan şəhərinin Gülbala Şıxbalaoğlu küçəsində avtovağzal istiqamətində Sabirabad sakini Mirzəyev Xəyal Əsədula oğlu idarə etdiyi "VAZ 21099" markalı 10 KC 668 dövlət nömrə nişanlı avtomaşınla hərəkət zaman Su Kanal İdarəsinə məxsus Ələkbərov Xanhüseynin idarə etdiyi "Qaz 53" markalı 32 61 AQU dövlət qeydiyyyat nişanlı maşının sol ön hissəsindən altına girib. Nəticədə "VAZ 21099" ciddi zərər görsə də xoşbəxtlikdən xəsarət alan olmayıb.
Hadisə yerinə Şirvan Polis Şöbəsinin YPXB-nin əməkdaşları gələrək araşdrımaya başlayıblar. İlkin ehtimala görə, hər iki sürücü hadisənin baş verməsində təqsirkardırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB