Yasamalda soyğunçuluq edən şəxs saxlanıldı

Soyğunçuluq etməkdə şübhəli bilinən paytaxt sakini Z.Aslanov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 9-da saat 11 radələrində Yasamal rayonunun Ş.Mehdiyev küçəsində bir nəfər Bakı şəhər sakini Q.Kərimovanın içərisində 294 manat pulu olan çantasını soyğunçuluq yolu ilə alıb. Həmin şəxs ərazidə xidmət aparan Post-Patrul Xidməti Bölüyünun əməkdaşları tərəfindən saxlanılaraq 27-ci Polis Bölməsinə təhvil verilib. Araşdırmalarla onun paytaxt sakini, əvvəllər məhkum olunmuş Z.Aslanov olması müəyyən edilib.

Yasamal RPİ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə