Bərdədə insanlığa sığmayan əxlaqsızlıq hadisəsi baş verib

Bərdədə insanlığa sığmayan əxlaqsızlıq hadisəsi baş verib
Bərdə rayonunda görünməmiş əxlaqsızlıq hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından məlumata görə, Bərdə rayon Meşəçilik institutunun ərazisində məskunlaşmış Ağdam rayon sakini 1990-cı il təvəllüdlü Q.T. aprelin 30-da şikayət ərizəsi ilə Bərdə rayon Polis Şöbəsinə müraciət edib.

O, müraciətində yeznəsinin qardaşı (bacısının ərinin qardaşı) Rasim Cəfərovun onunla zorla cinsi əlaqədə olduğunu bildirib. Hadisə aprelin 29-da saat 23:30 radələrində Bərdə rayon Nazırlı kəndi ərazisində yeznəsi Rəsulun yaşadığı evdə baş verib.

Lent.az saytının xəbərinə görə, araşdırma aparılarkən müəyyən edilib ki, 1979-cu il təvəllüdlü Cəfərov Rasim Xansuvar oğlu 2011-ci il aprelin 29-da saat 23:30 radələrində Bərdə rayon Nazırlı kəndi ərazisində yerləşən fermada, qardaşı Rəsulun evində, bacısı Cəfərova Əfsanənin yanında qardaşının baldızı Q.T.-nı bıçaqla hədələyərək, onunla zorla cinsi əlaqədə olub.

R.Cəfərov mayın 2-də həbs olunub və faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə cinayət işi başlanılıb. Ailəli və iki övladı olan R.Cəfərov hadisəni törədərkən sərxoş vəziyyətdə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə