Ağsu rayonunun Nüydü kəndi yaxınlığında biçilmiş taxıl sahəsində yanğın baş verib. Yanğının yaxınlıqdakı əkin sahələrinə və meşə zolağına keçmə təhlükəsi yaranıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib. Hazırda yanğının söndürülməsi üçün təcili və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə