Bakıda evdən 2 600 manatlıq oğurluq edildi

Oğurluqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Nəzərov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 1000 manat pul və 1600 manat dəyərində planşet, mobil telefon, qızıl qolbaq və çemodan oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini A.Nəzərov saxlanılıb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə