Mal-qara oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan SİA-ya verilən məlumata görə, Göygöl və Samux Rayon Polis Şöbələrinin birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində Göygöl rayon Yeni Zod kəndində yaşayan Səfiyəddin Vəliyevə məxsus ümumi dəyəri 1000 manat olan, 2 baş iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, Samux rayon sakinləri- 33 yaşlı Elman Rüstəmov, 26 yaşlı Nemət Dərgahov, 30 yaşlı Tural Süleymanov və 28 yaşlı Elvin Məmmədov saxlanılıblar. İlkin dindirilmə zamanı saxlanılan şəxslər törətdiklər cinayət hadisəsini etiraf edərək vətəndaşa məxsus heyvanları satmaq məqsədi ilə oğurladıqlarını bildiriblər.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri zamanı müəyyən olub ki, Elvin Məmmədov və Tural Süleymanov cari ilin may ayının 12-də həmyerliləri 24 yaşlı Əli Mehdizadə və 34 yaşlı Tural Qədimov ilə birlikdə Samux rayon sakini olan M. Mehbalıyevaya qarşı soyğunçuluq cinayətini də törədiblər.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə