Ötən gün paytaxtın 44 saylı orta məktəbində ölüm hadisəsi baş verib. Nəsimi rayon Polis İdarəsindən verilən məlumata görə, məktəbin direktor müavini, təsərrüfat işləri üzrə məsul şəxs, Qurbanov İsfəndiyar Muğum oğlu məktəb binasında keçinib. Belə ki, xəbərlərə əsasən 1946-cı il təvəllüdlü direktor müavini məktəbdə bərk əsəbiləşib, müəllim və şagirdlərin gözü önündə yıxılıb və məktəb binasında vəfat edib.
Lent.az xəbər portalının xəbərinə görə, faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Müəllimin ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.
Lent.az xəbər portalının xəbərinə görə, faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır. Müəllimin ürək çatışmazlığından vəfat etdiyi ehtimal olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB