"Şahdağ" Milli Parkının ərazisində yanğın olub

Qəbələ rayonunun Tikanlı kəndi yaxınlığında "Şahdağ" Milli Parkının ərazisində 4 ha sahədə kol-kos, quru ot və ağac qırıntıları yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yanğın saat 19:00 dəqiqədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb.

Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...