Lütfi Qədirovun ifşa edilməsi barədə VİDEOGÖRÜNTÜ

Mədəniyyət Nazirliyi nəzdində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrının bədii rəhbəri Lütfi Qədirovun ifşa edilməsi ilə bağlı əməliyyatın videogörüntüləri yayılıb. SİA-nın məlumatına görə, Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılan Lütfi Qədirov törətdikləri cinayətləri etiraf edib.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə L. Qədirov barəsində həbs qətimkan tədbiri seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə