Hövsanda avtomobil piyadanı vuraraq öldürüb

Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 8-də saat 2 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində Bakı şəhər sakini S.Hacıyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Roman Aslanovu vurmuşdur. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Suraxanı RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə