Nehrəmdə avtobus aşıb, ölən var

Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, iyulun 6-da saat 7 radələrində Babək rayonunun Nehrəm qəsəbəsi ərazisində qəsəbə sakini C.Vahabov idarə etdiyi “İsuzu” markalı avtobusu qaz borusuna və rabitə dirəyinə vurub aşırıb.

Nəticədə avtobusun sərnişini Yusif Zeynalov hadisə yerində ölüb.

Babək RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...