Gəncə şəhərinin Kəpəz rayonunda yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 139 m² olan birmərtəbəli 4 otaqlı evin mətbəxində tavan 20 m² sahədə, 2 ədəd məişət avadanlığı və mebel 3 m² sahədə yanıb. Yüksək temperaturdan mətbəxin pəncərə çərçivəsi qarsalanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...