Ananın yuxusu cinayəti həll etdi

Ananın yuxusu cinayəti həll etdi
5 il əvvəl itən gəncin cinayətini anasının yuxusu həll etdi. SİA-nın xəbərinə görə, Tekirdağda 5 il əvvəl itən Murad Koncagülün öldürülməsi anası Xədicə Koncagülün gördüyü bir yuxudan sonra yenidən başladılan istintaq nəticəsində ortaya çıxdı.

Birlikdə spirt qəbul edən 3 yoldaşı tərəfindən öldürüldükdən sonra dərə kənarına atıldığı iddia edilən Koncagülün cəsədi hələ tapılmayıb. Cinayətlə əlaqədar 1 adam həbs olunub, hadisələrlə əlaqəsi olan 2 adamın isə başqa bir cinayət üzündən həbsxanada olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə