Binəqədi rayonundakı boya zavodunda baş verən yanğın zamanı FHN-in 4 əməkdaşı xəsarət alıb

Binəqədi rayonunda baş verən yanğın hadisəsi ilə əlaqədar Təcili Tibbi Yardım (TTY) stansiyasına çağırış 20:18-də daxil olub.

SİA Səhiyyə Nazirliyinə istinadən bildirir ki, hadisə yerinə 3 TTY briqadası cəlb olunub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin xəsarət alan 4 əməkdaşı TTY briqadasına müraciət edib. Onlardan bir nəfəri başın travması ilə 3 saylı şəhər xəstəxanasına, 3-ü isə Toksikologiya Mərkəzinə aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...