Axtarışda olan 37 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 12 cinayətin üstü “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış iki cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 37 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 32 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç ağır yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli altı fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...