Karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi

Karantini pozan kafenin icarədarı və müştəriləri cərimələndi

Paytaxtın Xətai rayonunda rayonunda sərtləşdirilmiş xüsusi karantin rejim qaydlarına əməl etməyən, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb. SİA-nın məlumatına görə, Xətai RPİ və 37-ci PŞ əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Nobel prospektində “Günəş” kafesinin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 5 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, kafenin icarədarı 2000 manat, digərləri 200 manat cərimə olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə