"KamAZ" çaya aşdı: ata öldü, oğlu yaralandı

"KamAZ" çaya aşdı: ata öldü, oğlu yaralandı
Şabran rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə mayın 2-də saat 03.30 radələrində Şabran rayonunun Şahnəzərli kəndi ərazisindəki körpünün üstündə qeydə alınıb.

Bakı şəhər sakini Əli Qafarov körpüdən keçərkən idarə etdiyi "KamAZ" markalı avtomaşını çaya aşırıb. Nətiсədə Ə.Qafarov hadisə yerində ölüb, xəsarət almış sərnişini - oğlu Sultan isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

//Anspress.com

Bütün xəbərlər Facebook səhifəmizdə