Narkotiklə məşğul olan şəxs tutuldu

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran şəhər sakini A.Məmmədov saxlanılıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, Lənkəran ŞRPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilib.

Davam etdirilən tədbirlərlə onun evindən əlavə olaraq 2,4 kiloqrama yaxın heroin, 745 qram metamfetamin və 13 qrama yaxın metadon götürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə