Xəzər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində “Renault” markalı avtomobillə velosipedçi vurulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyulun 1-də saat 20 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Qaraxanov idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən velosipedçi, paytaxt sakini Elvin Heybətovu vurmuş və o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə