Bakıda mənzildən meyit tapılıb

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

SİA Nazirliyə istinadən bildirir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və orada aşkarlanan 1947-ci il təvəllüdlü Nəcəfova Elmira İsmayıl qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə