Bakıda evdən 23 min manatlıq oğurluq edildi

Bakıda evdə oğurluq hadisəsi baş verib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Səbail Rayon Polis İdarəsinin 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 19-da Badamdar qəsəbəsindəki evlərdən birinin həyətindəki yardımçı təsərrüfatdan 23 000 manat dəyərində mebel oğurlamaqda şübhəli bilinən Masallı rayon sakini E.Məmmədov saxlanılmış, daha 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə