Salyan rayonunun Qardili kəndində ümumi sahəsi 120 m² olan talvarın yanar konstruksiyaları 100 m² sahədə və altına yığılan 15 ton ot bağlamasının 10 tonu yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, talvarın və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə