Bakıda dələduzluq edən qadın tutuldu

Bakı şəhəri ərazisində 18 nəfəri aldadıb onlardan ümumilikdə 63700 manat pul almaqda şübhəli bilinən şəhər sakini Ş.Vəliyeva tutulub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, 2019-cu ilin dekabr ayından 2020-ci ilin may ayınadək olan müddətdə Bakı şəhəri ərazisində şəhər sakini Ş.Vəliyeva Mənzil İnşaatı Dövlət Agentliyindən güzəştli mənzillər alacağı adı ilə 18 nəfəri aldadıb onlardan ümumilikdə 63700 manat pul alıb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şübhəli bilinən Ş.Vəliyeva tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə