Xaçmazda avtomobillər toqquşub, ölən var

Xaçmazda avtomobillər toqquşub, ölən var

Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində “QAZel” və “VAZ-21115” markalı avtomobillər toqquşub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 29-da saat 18 radələrində Xaçmaz rayonunun Çarxı-Sayad kəndi ərazisində Sayad kənd sakini M.Dadaşovun idarə etdiyi “QAZel” və Şabran rayon sakini Fərrux Nəzərovun idarə etdiyi “VAZ-21115” markalı avtomobillər toqquşmuşdur. Nəticədə “VAZ”ın sürücüsü hadisə yerində ölüb.

Xaçmaz RPŞ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə