Bakının Qaradağ rayonunda 46 yaşlı şəxs bıçaqlanıb

Bakının Qaradağ rayonunda bir nəfər bıçaqlanıb.

SİA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində baş verib.

1974-cü il təvəllüdlü İsmayılov Fazil Teymur oğlu tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Yaralı bədəninin çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə