Qısqanclıq zəminində həmkəndlisini öldürən şəxs tutulub

Qısqanclıq zəminində həmkəndlisini öldürən şəxs tutulub
Qısqanclıq zəminində həmkəndlisini öldürən şəxs tutulub. SİA "Qafqazinfo"ya istinadən xəbər verir ki, mayın 1-də saat 21.50 radələrində Neftçala rayonunun Qaraqaşlı kəndi ərazisində, kənd sakini Sahib Baxışov qısqanclıq zəminində həmkəndlisi Zamiq Həsənova bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilmiş Z.Həsənov orada ölüb. Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində S.Baxışov tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə