Sabirabad rayonunun Surra kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən SİA-ya verilən xəbərə görə, iyunun 28-də saat 1 radələrində Sabirabad rayonunun Surra kəndi ərazisində Kovlar kənd sakini S.Ağayev idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən kənd sakini Mehman Nağıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB