Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları iki fakt üzrə siqaretlərin gömrük nəzarətindən gizlədərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar. SİA-nın xəbərinə görə, hər iki fakt idarənin "Qırmızı Körpü" gömrük postunda qeydə alınıb.
Belə ki, Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi " Volvo" markalı və Türkiyə Respublikası vətəndaşının idarə etdiyi " İVECO" markalı yük avtomobilləri saxlanılıb və gömrük baxışı keçirilib.
Baxış zamanı nəqliyyat vasitələrinin gizli saxlanc yerlərindən ümumilikdə 3600 ədəd " Marlboro" markalı siqaret aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.
Müəllif: Gülyana
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB