Baş Prokurorluğun axtardığı şəxs həbs edildi

Baş Prokurorluğun axtardığı şəxs həbs edildi
Paytaxt polisi axtarışda olan şəxsi həbs edib. SİA Milli.az saytına istinadən xəbər verir ki, tutulan Şahin Axundzadə Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Ş.Axundzadə Nərimanov rayon Polis İdarəsinin cinayət-axtarış şöbəsi və 16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Bölmədən əldə etdiyimiz məlumata görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi tərəfindən onun barəsində axtarış elan olunmuşdu. Bu səbəbdən o, tutularaq həmin idarəyə təhvil verilib. Onun hansı dələduzluq əməli törətməsi məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə