“Kötük” ləqəbli gənc 38 yaşlı qadını zorlayıb

“Kötük” ləqəbli gənc 38 yaşlı qadını zorlayıb
Kürdəmir rayonunda zorlama hadisəsi baş verib. SİA Lent.az saytına istinadən xəbər verir ki, Sığırlı kənd sakini, 1987-ci il təvəllüdlü Qədiyev Vüsal İsgəndər oğlu gecə yarısı qonşuluqda yaşayan 1973-cü il təvəllüdlü S.A.-nın yaşadığı evə soxulub. Hadisə də elə bu zaman baş verib.

Məlumata görə, 38 yaşlı qadının həyat yoldaşı onkoloji xəstəlikdən əziyyət çəkir və bir müddətdir ki, Bakıda müalicə olunur. Böyük oğlu hərbi xidmətdə olan qadın 3 yaşlı kiçik oğlu ilə evdə tək yaşayırmış. Bundan istifadə edən 24 yaşlı Vüsal öz çirkin əməlini həyata keçirməyə çalışıb. O, gecə saat 24 radələrində qadının evinə girib. Çağırılmamış qonaq təxminən 10 dəqiqə əlbəyaxa mübarizədən sonra qadını zorlamağa başlayıb.

Hadisə ilə bağlı S.A. aprelin 1-də polisə müraciət edib. O, evinə soxulan və namusuna sataşan gənci tanıdığını bildirib. Kürdəmir rayon Polis Şöbəsinin əməkdaşları çox keçmədən V.Qədiyevi yaxalayıb.

Qeyd edək ki, hadisəni törədən V.Qədiyev Sığırlı kəndində "sayılıb-seçilən" gənclərdən olub. Onu kənddə "Kötük" ləqəbi ilə tanıyırlarmış.

Bütün xəbərlər Facebook səhifəmizdə