Xızı rayonunda birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib

Xızı rayonunda birmərtəbəli 4 otaqlı evdə yanğın baş verib

Xızı rayonunda birmərtəbəli evdə yanğın baş verib.

SİA Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, rayonun Altıağac qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının döşəməsi 45 m² sahədə və zirzəmisinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə