Mingəçevirdə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Mingəçevir şəhərinin Təbriz küçəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, “VAZ 2107” markalı maşın 1977-ci il təvəllüdlü Mustafayev Sadiq Hacı oğlunu vuraraq yol kənarında dayanmış “Mercedes” markalı minik avtomobilinə çırpıb.
Müxtəlif bədən xəsarətləri alan yaralı piyada xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB