Bir gündə iki nəfər bıçaqlanaraq öldürülüb

Bir gündə iki nəfər bıçaqlanaraq öldürülüb

Aprelin 30-u saat 14:40 radələrində Tolstoy küçəsində Rüfət Fiqarov mübahisə zəminində Novruz Cəfərova, Elvin Abdullayevə və Fərid Mustafayevə bıçaq xəsarətləri yetirdiyinə görə Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən tutulub. Hər üç zərərçəkmiş KTM-ya yerləşdirilmiş, N.Cəfərov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, aprelin 30-u saat 10 radələrində Mərdəkan qəsəbəsində yerələşən sanatoriyanın həyətində qəsəbə sakinləri Rafiq Süleymanov qısqanclıq zəminində Əli Əliyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. R. Süleymanov Xəzər RPİ 1-ci PB-nin əməkdaşları tərfindən tutulub, sonuncu isə xəstəxanada ölüb.

Bütün xəbərlər Facebook səhifəmizdə