Keçmiş məhkum narkotiklə tutuldu

Keçmiş məhkum narkotiklə tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb. SİA-nın məlumatına görə, Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşların keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Rövşən Əsədzadə saxlanılıb.

Saxlanılan şəxsin üzərində aparılan axtarış zamanı ondan 0,274 qram heroin və elektron tərəzi aşkarlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə