Evdə köməksiz qalan şəxslər xilas edildi

Evdə köməksiz qalan şəxslər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 4 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən SİA-ya verilən xəbərə görə, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə