Qəbələdə mağaza yanıb

Qəbələ rayonunun Nic qəsəbəsində ümumi sahəsi 48 m2 olan ərzaq mağazanın yanar konstruksiyaları və içərisindəki mallar yanıb. FHN-dən SİA-ya verilən xəbərə görə, mağazanın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə