Şəmkirdə "Şəmkir Səbəti" Ticarət Mərkəzində başlayan yanğın söndürülüb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə 10-dan artıq yanğınsöndürən briqada cəlb olunub. Alovun qarşısını almaq üçün təkcə Gəncə şəhərindən 4 yanğınsöndürən briqada hadisə yerinə gedib.
Təxminən 2 saata yaxın zaman kəsiyində alovu ram etmək mümkün olub. İlkin məlunata görə, ümumi sahəsi 5 ha olan bazar ərazisinin 400 kv.m ölçüsündə ticarət köşkləri və geyim mağazası yanıb.
Məlumat üçün bildirək ki, ticarət mərkəzi qərb bölgəsində ən iri ticarət mərkəzlərindən biridir.
Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma başlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB